Modern.az

Azərbaycanın növbəti yardım təyyarəsi Türkiyəyə çatdı - FOTOLAR

Azərbaycanın növbəti yardım təyyarəsi Türkiyəyə çatdı - FOTOLAR

Ölkə

11 Fevral 2023, 08:32

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb.

 

FHN-dən Modern.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

 

Humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.

 

240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...