Türkiyənin Qaziantep əyalətinin Nurdağ rayonunda 4,5 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan fevralın 11-də saat 10.55-də baş verib. Zəlzələnin episenrti rayonun İkizkuyu kəndində, 6,5 kilometr dərinlikdə yerləşib.
Son məlumatlara görə, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb, 91 511 nəfər isə yaralanıb.