Modern.az

Səhiyyə Nazirliyi Türkiyəyə əlavə tibb işçilər göndərdi

Səhiyyə Nazirliyi Türkiyəyə əlavə tibb işçilər göndərdi

Ölkə

11 Fevral 2023, 12:42

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qardaş Türkiyəyə humanitar yardım göndərilib.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş direktorunun müavini Rafiq Qudayev deyib.

 

"Humanitar yardım paketinə dərman prepaparatları, sarğı materialları tibbi avadanlıqlar və ilk tibbi yardım üçün tələb olunan vasitələr daxildir. Bizim tərəfimizdən 18 tibb işçisi, Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib",- deyə R.Qudayev bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...