Modern.az

Qənirə Paşayeva “Mədəniyyət elçisi” oldu - FOTO

Qənirə Paşayeva “Mədəniyyət elçisi” oldu - FOTO

Təhsil

30 May 2013, 13:55

Millət vəkili Qənirə Paşayeva Radio Evi Dərnəyi (RADEV) tərəfindən "Yılın Uluslararası Pozitif Kültür Elçisi" (İlin Beynəlxalq Pozitiv Mədəniyyət Elçisi) mükafatına layiq görülüb. Modern.az-ın məlumatına görə, Q.Paşayevaya mükafatı Türkiyə Böyük Millət Məclisinin Sağlıq Komissiyasının rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Necdət Ünivar təqdim edib.

Q. Paşayeva mükafatı Azərbaycan və şəhidlərimizin adına aldığını, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və Qarabağda çoxlu vandalizm aktı törədildiyini deyib.

Qeyd edək ki, RADEV Türkiyənin ən böyük media dərnəklərindən biridir və bu il 5-ci RADEV Artı Ödüllərinin sahibləri məlum olub.


 Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama