Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az-a verilən məlumata görə, Azərbaycanda yaxın üç gün ərzində hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək.
Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava ümumən şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.
Azərbaycanın bölgələrində də mayın 31-də hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Modern.az