Modern.az

Bölgələrimizdən qardaş ölkəyə 125 ton yardım göndərilib

Bölgələrimizdən qardaş ölkəyə 125 ton yardım göndərilib

Dünya

11 Fevral 2023, 19:27

Gəncədən Türkiyəyə növbəti yardım göndərilib.

 

Modern.az verir ki, bu gün Gəncədən Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün növbəti yardım karvanı yola salınıb.

 

Yardım kampaniyası çərçivəsində 11 yük maşını yola düşüb. Yola salınan yardımlar Gəncə, Ağdam, Balakən, Oğuz, Şəki, Beyləqan, Zərdab, Ucar, Masallı, Lənkəran, Göygöl, Füzuli, Tərtər, Yevlax, Şəmkir, Göyçay, Daşkəsən, Samux və Gədəbəydən toplanıb.

 

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztopun verdiyi məlumata görə, bu gün qardaş ölkəyə 125 ton yardım karvanı yola düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər