Modern.az

25 yaşlı qızı maşın vurub öldürdü 

25 yaşlı qızı maşın vurub öldürdü 

11 Fevral 2023, 22:49

Şəmkirdə 25 yaşlı qızı avtomobil vuraraq öldürüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, atası ilə birgə yolu qarşı tərəfə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub. O, aldığı xəsarətdən komaya düşüb və ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

 

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə avtomobili ilə ərazidən qaçdığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!