Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın zəlzələ bölgəsində görülən işlərlə bağlı məlumat verib.
Modern.az xəbər verir ki, sözçü bu barədə tviter səhifəsində yazıb.
"Zəlzələ zonasında 218 406 nəfər şəxsi heyət, 12 487 texnika işləyir. Acımız böyükdür, amma əzmimiz, qardaşlığımız daha böyükdür. Siyasi baxışlarından və titullarından asılı olmayaraq, yardıma qaçan və sahədə olan bütün QHT-lərlə və könüllülərlə əməkdaşlıq edərək işləməyə davam edirik. Biz birlikdə olanda bizik", - deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.