Modern.az

Milli Məclisə belə məktub daxil olmayıb - AÇIQLAMA

Milli Məclisə belə məktub daxil olmayıb - AÇIQLAMA

12 Fevral 2023, 15:08

Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı məlumatlara aydınlıq gətirilib.


Parlamentin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, mətbuatda dərc olunan həmin məlumatlarla sosial media vasitəsilə tanış olublar.

 

"Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcək", - rəsmi açıqlamada qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?