Modern.az

Taekvandoçularımız Cənubi Koreyaya yola düşdü

Taekvandoçularımız Cənubi Koreyaya yola düşdü

12 Fevral 2023, 15:22

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisi hazırlığı ölkə xaricində davam etdirəcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan Taekvando Federasiyasından verilən məlumata görə, yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.

 

Qarşıdakı yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıq prosesində 7 taekvondoçu iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.

 

Bu gün Cənubi Koreyaya yollanan komanda fevralın 28-də Vətənə dönəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək