Modern.az

Milli Şuranın bəyannaməsi sabah elan olunacaq – AÇIQLAMA

Milli Şuranın bəyannaməsi sabah elan olunacaq – AÇIQLAMA

Təhsil

30 May 2013, 16:07

Müxalifət qüvvələrinin 28 May- Respublika günündə elan etdiyi Milli Şuranın bəyannaməsi sabah elan olunacaq. Bu barədə Modern.az saytına şurada təmsil olunan “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib.

Bəyannamənin hazır olduğunu deyən E.Quliyevin sözlərinə görə, sənəd ən gec halda birisi gün mətbuatda dərc olunacaq.

Milli Şuranın siyahısına gəlincə, “EL” rəsmisi say tərkibinin 90-100 arası olduğunu deyib.

E.Quliyev daha sonra Milli Şuranın təşəbbüskarlarının bu gün keçirəcəyi görüşdən danışıb.

“Milli Şuranın təşəbbüskarları demək olar ki, hər gün görüşürlər. Ola bilsin ki, bu mətbuatda işıqlanmır. Bu gündə görüş keçiriləcək. Görüşdə Milli Şura ilə bağlı məsələlər müzakirə olunacaq”.

Qeyd edək ki, bu gün Milli Şuraya daxil olan siyasi qüvvələrin təmsilçiləri - Sülhəddin Əkbər (ACP), Əvəz Temirxan (ALP), Əli Kərimli (AXCP),  Mirmahmud Mirəlioğlu (KXCP), Eldar Namazov (EL) və İsa Qəmbər (Müsavat)  görüşəcəklər.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama