Modern.az

Oğul anasını ağacla döyüb xəstəxanalıq etdi 

Oğul anasını ağacla döyüb xəstəxanalıq etdi 

12 Fevral 2023, 22:29

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

 

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

 

Oğlu onu ağac budağı ilə döyüb. Qadın qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!