Türkiyədə sərnişin daşıyan avtobusun aşması nəticəsində 30 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Kastamonuda Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb.
Qəza zamanı xəsarət alan yaralılar ətrafdakıların köməkliyi ilə xəstəxanalara aparılıb. Faktla bağlı araşdırma gedir.