Türkiyədə zəlzələdən 170 saat sonra daha bir nəfər xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə TRT1 telekanalı məlumat yayıb.
Qaziantep vilayətinin İslahiyə rayonunda 170 saat dağıntılar altında qalmış 40 yaşlı Sibel Kaya xilas olunub. Hazırda zəlzələ bölgəsində xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.