Modern.az

AMİP-dən Eldar Namazova CAVAB: “İdeyanın haradan gəldiyini bilmədik”

AMİP-dən Eldar Namazova CAVAB: “İdeyanın haradan gəldiyini bilmədik”

Təhsil

30 May 2013, 17:44

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Milli Şuraya qatılmamasının səbəbini açıqlayıb. Modern.az-ın məlumatına görə, AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu təmsil etdiyi partiyanın Milli Şuraya qatılmamasının tərəflər arasında fikir ayrılığından irəli gəldiyini bildirib.

Partiya rəsmisi Milli Şura ilə bağlı bəzi məsələlərin onlar üçün qaranlıq qaldığını bildirib:

“Təbii ki, biz təklifi müzakirə etmədən qəbul edə bilməzdik. Bizim də öz şərtlərimiz var idi, Milli Şurada bizim də görmək istədiyimiz məqamlar var idi. Biz istəyirdik ki, Milli Şuranın təsisçiləri siyasi partiyalar olsun.

Bizdə tərəfdaşlarımızı Milli Şuranın siyahısında görmək istəyirdik. Siyahıda bəlk də bizim istəmədiyimiz adamlar var idi. İdeyanın haradan gəlməsi və s. sualları qapalı qaldı. Bu baxımdan AMİP olaraq biz Milli Şurada təmsil olunmaqdan imtina etdik”-deyə Ə.Oruclu açıqlayıb.

Qeyd edək ki, “El” hərəkatının lideri EldarnNamazov isə bildirib ki, Milli Şuraya qoşulmaq üçün AMİP-ə təklif irəli sürülsə də qarşı tərəf onlara konkret cavab verməyib.

Anar RÜSTƏMOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama