Modern.az

“Neftçi”- “Xəzər Lənkəran” oyunu ilə bağlı cinayət işi açıldı

“Neftçi”- “Xəzər Lənkəran” oyunu ilə bağlı cinayət işi açıldı

Təhsil

30 May 2013, 21:15

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilmiş final oyunundan sonra baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb. Bu barədə  Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilən final oyunundan sonra futbol meydançasında həmin klubların azarkeşləri arasında qarşıdurma yaranmaqla, onlar heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq etmişlər.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində insident aradan qaldırılmışdır”.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama