Modern.az

Həftəsonu yol qəzaları - 12 ölü, 4 yaralı

Həftəsonu yol qəzaları - 12 ölü, 4 yaralı

13 Fevral 2023, 10:20

Azərbaycanda həftəsonu yol qəzalarında 12 nəfər həlak olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, fevralın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 128, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 115 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!