Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 175 saat sonra dağıntılar altından daha bir nəfər sağ çıxarılıb.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Naide Umay adlı qadın Hatay bölgəsində xilas edilib.
Həkimlər xilas edilən qadına ilkin tibbi yardım göstərib və onu təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Akif İsmayılov