Modern.az

Polis İsa Qəmbərin maşınını əlindən aldı - FOTOLAR

Polis İsa Qəmbərin maşınını əlindən aldı - FOTOLAR

Təhsil

31 May 2013, 10:42


Müsavat başqanı İsa Qəmbərin maşını yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Bu barədə Modern.az-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. Zaqatalaya yas mərasimində iştirak etmək üçün yola düşdüklərini deyən R.Arifoğlu Qəbələ rayonunda yol polisi tərəfindən dəfələrlə saxlanıldıqlarını bildirib.

Onun sözlərinə görə, polis Müsavat başqanının maşınını qanunsuz olaraq saxlayaraq, cərimə meydançasına aparıb.

“Pənah Hüseyn, Arzu Səmədbəyli, İsa Qəmbər və mən Arif  Hacılının anasının il mərasiminə gedirik. Amma yol boyu polislər maşınımızı bir neçə dəfə saxladılar.
Bir dəfə saxladılar onda düşdük, xəbərdarlıq aldıq. İkinci dəfə də saxladılar. Telefonla hara iləsə danışdılar, amma hələ də buraxmaq fikirləri yoxdur. Biz də gözləyirik. Soruşduq ki, nə səbəbə saxlanmışıq. Dedilər ki maşınlardan biri radara düşüb. İsa Qəmbərin maşını cərimə meydançasına aparıblar”.





Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama