Modern.az

Rusiyada azərbaycanlı qadın narkotacirə iş kəsildi

Rusiyada azərbaycanlı qadın narkotacirə iş kəsildi

Təhsil

31 May 2013, 10:55

Rusiya Federasiyasının Stavropol diyarının Georgievsk şəhər məhkəməsi iki azərbaycanlı barəsində qərar qəbul edib. Modern.az-ın məlumatına görə, Nurəli Əliyev və Hicran Şirəliyeva narkotik vasitələrin qaçaqmalçılığında, hazırlanmasında və satılmasında ittiham ediliblər. Belə ki, onlar cinayət əlaqəsinə girərək 2011-ci ilin yanvarından iyul ayınadək Azərbaycan ərazisindən Rusiyaya heroin və digər narkotik tərkibli maddələr keçiriblər.

Əsasən Pyatiqorsk və Georqievsk rayonlarında narkotik ticarətlə məşğul olan cinayətkarlar 36 qram heroini Rusiya ərazisinə keçirmək istəyərkən saxlanılıblar. Məhkəmənin qərarı ilə Nurəli Əliyev 12, Hicran Şirəliyeva isə 11 il azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ciddi rejimli həbsxanada keçirəcəklər. Onlar həm də ayrı-ayrılıqda 200 min rubl cərimələniblər.  

Vüqar İsmayılov
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama