Rusiya Azərbaycanda baş konsulluq açmaq İSTƏYİR

Rusiya Azərbaycanda baş konsulluq açmaq İSTƏYİR

13 Fevral 2023, 18:25

Milli Məclisin sədri Sahibə Qafarova Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının saytında məlumat yayılıb.

 

Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub.

 

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

 

Matviyenko çıxışında deyib ki, ötən il Rusiya və Azərbaycan arasında 10 hökumətlərarası və qurumlararası müqavilə, o cümlədən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb.

 

“Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, - Matviyenko qeyd edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Ruben Vardanyan qadın paltarında Qarabağdan çıxmağa çalışıb