Modern.az

Zəlzələnin 183-cü saatı: Daha bir nəfər xilas edildi

Zəlzələnin 183-cü saatı: Daha bir nəfər xilas edildi

Dünya

13 Fevral 2023, 20:53

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağılan binaların qalıqları altında axtarışlar davam edir.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir, Hatayın Antakya bölgəsində zəlzələnin 183-cü saatında bir nəfər binanın dağıntıları altından xilas edilib.

 

Hüseyn Bərbər adlı vətəndaşa ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya aparılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər