Modern.az

Zəlzələ metallurgiya sahəsinə ciddi ziyan vurub

Zəlzələ metallurgiya sahəsinə ciddi ziyan vurub

13 Fevral 2023, 23:59

Türkiyənin metallurgiya zavodlarının üçdə biri zəlzələdən sonra fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

"Bölgədəki bütün polad zavodları bağlanıb. Zavodlar ən azı bu ayın sonuna qədər və ya ola bilsin ki, martın ortalarına qədər bağlı qala bilər", - Türkiyə Polad Birliyinin baş katibi Veysel Yan deyib.

 

Onun sözlərinə görə, zəlzələnin episentrinin yaxınlığında yerləşən zavodlar praktiki olaraq zədələnməyib. Lakin zəlzələdə çoxlu işçi və onların ailə üzvləri həlak olub. 

 

Qeyd edilib ki, metal zavodlarının fəaliyyətinin dayandırılması Türkiyənin metal məmulatlarının ixracının azalmasına səbəb olacaq.

 

Xatırladaq ki, Türkiyə dünyanın ilk on polad istehsalçısı və ixracatçısından biridir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi