Modern.az

Çempionlar Liqasında səkkizdəbir final başlayır

Çempionlar Liqasında səkkizdəbir final başlayır

14 Fevral 2023, 07:57

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilir.


Modern.az xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək.


Fransanın PSJ klubu Münxenin “Bavariya” kollektivini, “Milan” isə “Tottenhem”i qəbul edəcək.


Qeyd edək ki, səkkizdəbir final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) matçları sabah, digər oyunları isə bir həftə sonra keçiriləcək.

 

14 fevral

00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)
Paris. “Park De Prens” stadionu

00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
Milan. “San Siro” stadionu

15 fevral

00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Çelsi" (İngiltərə)

21 fevral

00:00. "Ayntrax" (Almaniya) - "Napoli" (İtaliya)
00:00."Liverpul" (İngiltərə) - "Real" (İspaniya)

22 fevral

00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya)
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək