Modern.az

Yaşayış binasında yanğın - 30 nəfər təxliyə olundu

Yaşayış binasında yanğın - 30 nəfər təxliyə olundu

14 Fevral 2023, 09:24

Xaçmaz şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 2 ədəd döşək yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!