Modern.az

Azərbaycanda reklam olunan “Bioxen” şampunları haqda saxtakarlıq

Azərbaycanda reklam olunan “Bioxen” şampunları haqda saxtakarlıq

Təhsil

31 May 2013, 11:48

“Bioxen” şampun və serumlarının haqsız reklamı ilə əlaqədar iş qaldırılıb. İqtisadi İnkişaf Nazirliyindən Modern.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı “TREKA-2009” MMC-yə məxsus www.bioxen.az saytında test nəticələrinə istinadən yayımlanan reklamda “Bioxen” şampun və serumundan istifadənin saç tökülməsinin qarşısının almasına və yeni saç əmələ gəlməsinə səbəb olması barədə məlumat verildiyi müəyyən edilib. Aparılan araşdırmalar zamanı isə əslində testdə “Bioxen” şampun və serumunun yalnız saç tökülməsinə qarşı müalicəyə ehtiyacı olan, saç və saç dərisində heç bir dəyişiklik olmayan kişilər üzərində 9 ay ərzində bu şampundan həftədə ən azı 3 dəfə, serumundan isə gündə 2 dəfə istifadə edilməklə keçirilmiş sınaqların nəticələrinin əks olunduğu müəyyənləşdirilib. Lakin “TREKA-2009” MMC tərəfindən www.bioxen.az saytında yayımlanan reklamda testdə istehlakçılar üçün vacib olan məlumatların əhəmiyyətli hissəsi gizlədilərək, bu məhsullardan cəmi bir dəfə istifadə etməklə müsbət nəticə əldə olunduğu fikri formalaşdırılmaqla haqsız reklama yol verildiyi aşkar olunub. Qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə “TREKA-2009” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Gültəkin ƏLƏSGƏR  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama