Modern.az

Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri dəyişdi - YENİLƏNİB

Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri dəyişdi - YENİLƏNİB

14 Fevral 2023, 11:50

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri dəyişib.

 

Modern.az xəbər verir ki, deputat Azər Kərimli vəzifəsindən ayrılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nümayənə heyətinə rəhbər seçilib.

 

T.Mirkişili Modern.az-a məlumatı təsdiqləyib.

 

Deputat Azər Kərimli isə bildirib ki, nümayəndə heyətinin rəhbəri vəzifəsindən öz xahişi ilə uzaqlaşıb:

 

“Bildiyiniz kimi, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm. İtaliya ilə münasibətlərə daha çox vaxt ayırmaq üçün öz xahişimlə vəzifədən uzaqlaşmışam. Bundan sonra Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri vəzifəsində deputat Tahir Mirkişili olacaq". 

 

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputatlar aşağıdakılardır: Tahir Mirkişili, Novruzəli Aslanov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev, Rauf Əliyev, Əziz Ələkbərov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Hicran Hüseynova, Nurlan Həsənov, Qüdrət Həsənquliyev, Məlahət İbrahim Qızı, Azər Kərimli, Kamaləddin Qafarov, Soltan Məmmədov, Razi Nurullayev, İltizam Yusifov.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi