Milli Məclisin bu günə nəzərdə tutulan plenar iclası öz işinə başlayıb. Modern.az saytı xəbər verir ki, iclasda Fərhad Abdullayevin yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimliyinə seçilməsi məsələsinə baxılıb.
Millət vəkillərinin səsverməsi ilə F.Abdullayev növbəti dəfə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi seçilib. Milli Məclisin 100 deputat F.Abdullayevin lehinə səs verib.
Daha sonra Fərhad Abdullayev hakim kimi and işib və çıxış edərək prezident İlham Əliyevə təşəkkür edib. Bildirib ki, Konstitusiya Məhkəməsi ölkədə hüququn inkişafına kömək eləməyə çalışır.
Qeyd edək ki. F.Abdullayev hazırda Konstitusiya Məhkəməsinin sədridir.
Modern.az