Modern.az

Şahmat üzrə beynəlxalq turnir başa çatdı

Şahmat üzrə beynəlxalq turnir başa çatdı

14 Fevral 2023, 14:04

Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə yekun vurulub.

 

Azərbaycan Şahmat Federasiyasından Modern.az-a verilən məlumata görə, turnirin əsas yarışında 9 oyundan 8 xal toplayan Fərid Mustafayev birinci yeri tutub.

 

Kənan Qarayevlə Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüblər.

 

12 yaşlıların mübarizəsində Əlisəfa Zeynallı qalib gəlib. Anar Rəhmanov ikinci, Rauf Əliyev üçüncü olub.

 

Ümumilikdə 110 şahmatçının yarışdığı turnir Quba Şahdağ Otelinin sponsorluğu və “Ağ Top” klubunun təşkilatçılığıyla keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək