Daxili İşlər Nazirliyi paytaxtda bir neçə körpüyə partlayıcı qurğular qoyulmasını ilə bağlı yalan məlumat verən şəxsi yaxalayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 31-də saat 04.40 radələrində İsmayıllı rayon sakini Ənvər Adıgözəlov mobil telefonla DİN-in "102 Zəng Xidməti"nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindəki "Bağırov körpüsü"nə, Xətai rayonu ərazisindəki "Xətai körpüsü"nə və Zabrat qəsəsbəsinə gedən yoldakı "Sabunçu körpüsü"nə partlayıcı qurğular qoyulmasını və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürməsini bildirib.
Dərhal müvafiq tədbirlər həyata keçirilmiş və məlumat təsdiqini tapmayıb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı verən 1948-ci il təvəllüdlü Ə.Adıgözəlov saxlanılıb və onun orta dərəcəli sərxoş olması müəyyən edilib.
Araşdırma aparılır.
Modern.az