Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, azərbaycanlı professor Aygün Attar zəlzələ nəticəsində dağılan binaların qalıqları altında qalan tələbələrdən birinin - Gündüz Nəzərzadənin mənzilindən çıxan əşyaların fotosunu paylaşıb.
Modern.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində paylaşım edib.
Attar qeyd edib ki, Türkiyədə azərbaycanlı tələbələrin yaşadığı binadan daha bir meyit tapılıb. O, meyitin tanınmaz halda olduğunu və meyitin kimliyi ilə bağlı diaqnozun prokurorluğun nəzarəti altında aparılacağını söyləyib.
Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş verən zəlzələdən sonra itkin düşüblər.