Moldovada "Şerif" və Serbiyanın "Partizan" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu azarkeşsiz keçiriləcək.
Modern.az xəbər verir ki, Moldova Futbol Federasiyası ölkə rəhbərliyinin istəyi ilə qarşılaşmanın boş tribunalar önündə baş tutacağını kluba çatdırıb. Bildirilib ki, görüş üçün bilet almış fanatların pulları geri qaytarılacaq.
Bundan əlavə, komandalarını dəstəkləmək üçün Moldovaya gələn serbiyalı tərəfdarların ölkəyə buraxılmadığı deyilir.
Qeyd edək ki, fevralın 16-da "Şerif" və "Partizan" komandaları üz-üzə gələcək.