Modern.az

Polisin bıçaqlanması xəbəri yalandır - DİN-dən AÇIQLAMA 

Polisin bıçaqlanması xəbəri yalandır - DİN-dən AÇIQLAMA 

14 Fevral 2023, 23:17

Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

 

"Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Xahiş edirik ki, hər hansı məlumatı yaymazdan qabaq dəqiqləşdirilmə aparılsın", - DİN rəsmisi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!