ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Milli Demokratiya İnstitutu haqqında bəyanat verib. Bu barədə Modern.az saytına ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirin bəyanatında deyilir:
“Azərbaycan hökuməti bizə məlumat vermişdir ki, Milli Demokratiya İnstitutu (MDİ) ilə bağlı məsələ həll olunub. MDİ vətəndaş cəmiyyətini inkişaf etdirməyə kömək göstərmək üçün Azərbaycanda öz işini davam etdirəcək”.
Moderna.az