Modern.az

Zəlzələdə yaxınlarını itirənlərə 100 min lirə veriləcək

Zəlzələdə yaxınlarını itirənlərə 100 min lirə veriləcək

15 Fevral 2023, 08:06

“Zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 000 manat-red) nağd pul veriləcək”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama