Modern.az

Vəkillər Kollegiyası məlumat yaydı

Vəkillər Kollegiyası məlumat yaydı

Təhsil

31 May 2013, 15:10

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 may 2013-cü il tarixli qərarına əsasən, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu 04 sentyabr 2013-cü il tarixə qədər uzadılıb.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müvafiq sənədlərlə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etməlidirlər. Bu barədə kollegiyanın //www.barassociation.az/page/191 saytında məlumat verilib. İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama