Modern.az

Sürücünü döyüb avtomobilini əzdilər

Sürücünü döyüb avtomobilini əzdilər

Hadisə

15 Fevral 2023, 11:20

Bakıda 2 nəfər sürücünü döyərək mobil telefonunu alıb və avtomobilini əzib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub.

 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.

 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!