Modern.az

Nazirlik 40-a yaxın bələdiyyə sədrini məhkəməyə verib

Nazirlik 40-a yaxın bələdiyyə sədrini məhkəməyə verib

Aktual

15 Fevral 2023, 12:47

“Bu gün elə bələdiyyə sədrləri var ki, bizimlə prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

 

“Ona görə də, 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik. Bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək, bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər. Amma biz inzibati nəzarəti həyata keçirən orqanıq, bizə qarşı prinsipiallıq edirlər. Onlar bizim təkliflərimizi tədbiq etmədikləri üçün verdikləri aktları qanunsuz hesab edirik”, - deyə nazir müavini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım