İsmayıllı hadisələrində təqsirli bilinərək həbs edilən REAL hərəkatının sədri İlqar Məmmədov həbsxanada cəzalandırılıb. Bu barədə Modern.az-a İlqar Məmmədovun vəkili Xalid Bağırov məlumat verib. Vəkil bildirib ki, dünən - 30 may tarixində, Kürdəxanı təcridxanasında qeyri-qanuni həbs edilərək saxlanılan prezidentliyə namizəd İlqar Məmmədov, daxili intizamı pozmaq bəhanəsi ilə təcridxana rəhbərliyi tərəfindən “kars”a salınmaqla cəzalandırılıb. Bu günə qədər İlqar Məmmədov “kars”da saxlanılır.
Anar RÜSTƏMOV