Modern.az

Xalidə Xalid İranda “qeybə” çəkildi, gördüm deyən yoxdu

Xalidə Xalid İranda “qeybə” çəkildi, gördüm deyən yoxdu

Təhsil

31 May 2013, 16:43


Aperlin 30-da İranda həbs olunan AMEA-nın elmi işçisi Xalidə Xalid müəmması bitmək bilmir. Rəsmi Tehran Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin İrana səfərindən sonra azərbaycan vətəndaşlarının – Xalidə Xalid və sürücüsü Şamxal Hüseynovu azadlığı buraxdığını elan etsə də hələki onların varlığından belə xəbər yoxdur.

Xalidə Xalidin ailəsi də üzləşdiyi müəmmadan baş çıxarda bilmir. Modern.az-a danışan X.Xalidin oğlu Xalid Məmmədli də anasının üzləşdiyi problemdən baş çıxara bilmədiyini bildirib.

“Biz artıq bu məsələdən baş çıxarda bilmirik. Anamın azadlığa buraxıldığını dedilər sevindik, amma günlərdir biz məlumat gözləyirik, anam gələcək. Bundan böyük dərd yoxdur ki, anamızın yerini belə bilkirik. İnanırsız artıq əsəblərimiz də tarıma çəkilib. Suallar içində qalmışıq. Özümüz də baş çıxarda bilmirik. Konsulluq da, Xarici İşlər Nazirliyi də prosesin getdiyini bildirir”-deyə X.Məmmədli vurğulayıb.

Xatırladaq ki, mayın 5-də İranda həbsdə olunan Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılması xəbəri yayılıb.  Üstündən 25 gündən artıq vaxt keçsə də nə Xalidə Xaliddən xəbər var, nə də onun sürücüsündən.

İran tərəfi Azərbaycan vətəndaşlarının Təbrizdəki Konsulluğa təhvil verildiyini bildirsə də rəsmi Bakı bu xəbəri təkzib edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama