Modern.az

Zəlzələnin 228-ci saatı: 3 nəfər xilas edildi

Zəlzələnin 228-ci saatı: 3 nəfər xilas edildi

Hadisə

15 Fevral 2023, 17:24

Türkiyənin Hatay şəhərində axtarış-xilasetmə işləri davam edir.

 

Modern.az "TRTHaber"ə istinadən xəbər verir ki, zəlzələdən 228 saat sonra daha bir qadın və iki uşaq xilas edilib.

 

Antakya bölgəsində aşkar edilən şəxslər dağıntı altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!