Modern.az

Türkiyədə çox güclü afterşoklar olur - AFAD

Türkiyədə çox güclü afterşoklar olur - AFAD

Hadisə

15 Fevral 2023, 17:46

Türkiyədə zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

 

"Zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir. Qeyri-adi vəziyyətlə üz-üzəyik. İndiyə qədər ümumilikdə 3858 afterşok qeydə alınıb. Kahramanmaraş mərkəzli zəlzələlərdə yer qabığında yerdəyişmələr 7,3 metrə qədər olub", - deyə məlumatda əlavə edilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi