Modern.az

Polad Bülbüloğlu “Eurovision”-u yenə yıxıb-sürüdü

Polad Bülbüloğlu “Eurovision”-u yenə yıxıb-sürüdü

Təhsil

31 May 2013, 16:53

“Rusiyada yaşayan azərbaycanlıların rus dilindən imtahan verməsi barəsində bir neçə dəfə fikirlərimi demişəm. Hansı xarici ölkədə yaşamaqdan asılı olmayaraq, yaşadığın ölkənin dilini bilməlisən. Mükəmməl səviyyədə olmasa da, elementar səviyyədə bilmək lazımdır”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. O, Rusiya Dumasının ölkədə yaşayan əcnəbilərin rus dilindən imtahan verməsi barədə əmrinə münasibət bildirərkən qeyd edib ki, burada söhbət təkcə azərbaycanlı vətəndaşlardan getmir. “Keçmiş SSRİ-nin elə respublikaları var ki, orada vətəndaşlar rus dilini bilmirlər. Bəzən olur ki, Rusiya Konsulluğuna vətəndaşlarımız gəlir, 3 cümləni bir-birinin ardınca düzüb-qoşa bilmirlər. Deyirəm ki, siz bura necə gəlmisiniz, necə yaşaya biləcəksiniz? Heç olmasa, elementar səviyyədə dili bilmək lazımdır”.

Polad Bülüboğlu “Eurovision-2013” Mahnı Müsabiqəsində Azərbaycandan Rusiyaya səs getməməsi ilə bağlı məsələyə münasibət bildirib. “Nəzərə almalıyıq ki, Rusiyanın budəfəki nümayəndəsi Tatarıstanda yaşayır. Azərbaycanın Tatarıstanla çox yaxşı münasibətləri var. Tamaşaçı kimi ekrandan müsabiqəyə baxanda inanmadım ki, Azərbaycanda Rusiyaya 3-4 bal səs belə getməsin. Maraqlandım ki, bu necə ola bilər. Sonra “Azərcell”dən açıqlandı ki, 1700-dən çox səs gedib. Mən bunları Rusiya mətbuatında da demişəm. Bir səs hardasa 1, 5 dollardan artıqdır. Yəqin ki, Bakıda da bu qiymətdədir. Camaat pul ödəyir, bu səslər hara gedir? Bu düz deyil. Sonra deyirlər ki, münsiflər 5 min adamın səsini necə yo edə bilər. Məncə, sistem səhvdir”.

Səfir vurğulayıb ki, mahnı yarışmasında səsvermə düzgün qurulmayıb. “Əsas odur ki, biz öz sözümüzü dedik. Orada müəyyən olundu ki, Moskva Belorusa bir səs verməyib. Moskvada işləyən bir insan kimi Belarusun orada böyük diasporu var. Necə ola bilər ki, Rusiyadan Belorusa bir səs getməsin. Diplomat kimi televiziyada çıxış edib fikirlərimizi bildirdim. Niyə küçədə rusiyalı azərbaycanlıya desin ki, biz sizə 12 səsə verdik, siz bizə heç bir səs də vermədiniz. Bu söz söhbətləri bitirmək üçün tədbir təşkil etdik. Yüzdən çox səfirlik nümayəndəsini dəvət edib, onları bu haqda məlumatlandırdıq”.


Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama