Modern.az

“Rusiya deyir ki, neftin miqdarını çox az verirsiniz”

“Rusiya deyir ki, neftin miqdarını çox az verirsiniz”

Təhsil

31 May 2013, 17:24

“Bizim Rusiya ilə işgüzar əlaqələrimiz var. Rusiya bizim strateji tərəfdaşımızdır. Təbii ki, yaxın qonşular arasında həmişə problem olub”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən deyib. “İki yaxın qonşu arasında problem ola bilər. Məsələn, elə olur ki, əvvəlcə milli marağımız üst-üstə düşmür. Rusiya ilə hər zaman hər bir problemi müzakirə edirik. Öz mövqeyimizi görə bilirik. Səfirliyimizin Rusiya Xarici İşlər Nazirliyi ilə çox gözəl əlaqələri var. Mütəmadi olaraq onlarla əlaqə saxlayırıq, hər bir məsələni həll edirik”

Bakı-Novorossiysk neft kəməri ilə tranzitin dayandırılması ilə bağlı səfir bildirib ki, uzun illərdir ki, bu barədə söhbət gedir: “Rusiya deyir ki, neftin miqdarını çox az verirsiniz. Azərbaycan isə deyir ki, siz neftin tərkibinə başqa nəsə qatırsınız. Ona görə də qiymətlər aşağı düşür. Bu da bizə sərf etmir. Axırda belə nəticəyə gəlindi ki, bu boru xətti ilə olan tranzit dayandırılsın”.

Səfir qeyd edib ki, bu məsələ ilə bağlı ortaq çıxış yolu tapılacaq. Bir araya gəlinib müzakirə aparılacaq.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama