Modern.az

Murov aşırımında qəza - Xəsarət alan var

Murov aşırımında qəza - Xəsarət alan var

Hadisə

16 Fevral 2023, 00:27

Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

Araşdırmalar zamanı məlum olub ki, yük maşını idarəetməni itirərək aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!