Modern.az

Konfrans Liqası: “Qarabağ” Bakıda “Gent”ə qarşı

Konfrans Liqası: “Qarabağ” Bakıda “Gent”ə qarşı

16 Fevral 2023, 07:48

Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, "köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.

 

"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Belə ki, ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq avrokuboklarla vidalaşıb.

 

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral

 

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)

Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək