Modern.az

“Çelsi” uduzdu, “Benfika” qalib gəldi

“Çelsi” uduzdu, “Benfika” qalib gəldi

16 Fevral 2023, 08:00

UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsi davam edir. İkinci oyun günündə daha iki matç keçirilib.


Modern.az xəbər verir ki, Almaniyada Dortmund “Borussiya”sı “Çelsi” ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda “Benfika” (Portuqaliya) Belçika “Brügge”sinin qonağı olub. Bu görüşdə “Benfika” 2:0 hesablı qələbə qazanıb.


Komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək.


Qeyd edək ki, səkkizdəbir finalın ilk oyun günündə Almaniya “Bavariya”sı Fransada PSJ-yə, İtaliya “Milan”ı isə evdə İngiltərə “Tottenhem”inə 1:0 hesabı ilə qalib gəlib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək