Modern.az

Şentop 2 aylıq maaşını da zərərçəkənlərə BAĞIŞLADI

Şentop 2 aylıq maaşını da zərərçəkənlərə BAĞIŞLADI

Dünya

16 Fevral 2023, 08:06

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop zəlzələdən zərərçəkənlərə iki aylıq maaşını bağışlayıb.

 

Modern.az xəbər verir ki, spiker “Türkiyə, tək ürək” ortaq yayımına qoşularaq zəlzələdən zərərçəkənlər üçün verdiyi 3 maaşdan əlavə daha 2 maaşını ianə edib.

 

Şentop bütün millət vəkillərinə çağırış edərək, onları da maaşlarını ianə etməyə çağırıb.

 

Xatırladaq ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib. Kampaniyada 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb.

 

Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər