“Ali məktəblərin lisenziyaya uyğun fəaliyyət göstərib-göstərmədiyi ilə bağlı məsələlərə növbəti tədris ilindən başlayaraq baxılacaq”.
Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Prezident fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ı var. Bu qaydalara görə, lisenziya almış hüquqi və fiziki şəxslərin lisenziya tələblərinə və şərtlərinə riayət etməsinə dair ildə məlumat bir dəfə İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş formada lisenziya vermiş orqana təqdim edilməlidir.
“Məlumat üçün bildiririk ki, qeyd olunanlarla bağlı məsələlərə növbəti tədris ilindən başlayaraq baxılacaq”.