Bakıda 56 yaşlı kişi itkin düşüb.
Modern.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 185-də baş verib.
Məlumata görə, həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Cəfərli Murad Allahverdi oğlu fevralın 7-də yaşadığı evdən çıxıb və bir daya geri qayıtmayıb.
Faktla bağlı Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsində araşdırma aparılır.